Sirr haqqında hədislər 922. Sirr saxlamaq 2960. İmam Əli (ə):«Kim öz sirrini gizlətsə, seçim qüdrəti onun öz əlində olar.» (Nəhcül-Bəlağə, hikmət 162) 2961. İmam Əli (ə):«Qələbə uzaqgörənliklə, uzaqgörənlik fikirləşməklə və fikirləşmək sirr saxlamaqla əldə olunur.» (Nəhcül-Bəlağə, hikmət 48) 2962. İmam Əli (ə):«Sənin sirrin sənin əsirindir. Əgər onu faş etsən, sən onun əsiri olacaqsan.» (Ğurərul-Hikəm, hədis 5630) 2963. İmam Əli (ə):«Aqil insanın sinəsi onun sirr sandığıdır.» (Nəhcül-Bəlağə, hikmət 6) 2964. İmam Əli (ə):«Sirr bilənlərin sayı hər nə qədər çox olarsa, onların faş olma ehtimalı bir o qədər artıq olar.» (Ğurərul-Hikəm, hədis 7197) 2965. İmam Əli (ə):«Nə qədər məhəbbətin varsa dostuna həsr et, amma inamının hamısını onun ayağı altına atma.» (Ğurərul-Hikəm, hədis 2463) 2966. İmam Əli (ə) :«İşlərin ən uğurlusu tam məxfiliklə baş verəndir.» (Ğurərul-Hikəm, hədis 3284) 2967. İmam Əli (ə):«Öz sirrini e‘timad etdiyin kəsdən başqa heç kimə vermə.» (Biharul-Ənvar, c.77,səh. 235 , hədis 3) 2968. İmam Əli (ə):«Sənin sirrinin bilinməməsinin nə qorxusu var!?» (Biharul-Ənvar, c.77,səh. 269 , hədis 1) 2969. İmam Əli (ə):«Öz sirrini gizlətməkdə aciz olan şəxsin, başqalarının sirrini saxlamağa qüdrəti çatmaz.» (Ğurərul-Hikəm, hədis 8941) 2970. İmam Sadiq (ə):«Sirrin faş olması süquta uğramaqdır.» (Tuhəful-Uqul,səh. 315) 2971. İmam Sadiq (ə):«Sənin sirrin, sənin qanının bir hissəsidir. Buna görə sənin damarlarından qeyrisində axmamalıdır.» (Biharul-Ənvar, c.75,səh. 71 , hədis 15) 2972. İmam Rza (ə):«Mömində bu üç xislət olmasa mömin olmaz. Bir xislət öz Rəbbindən, bir xislət peyğəmbərindən və bir xislət də öz vəlisindəndir. Rəbbinin xisləti sirr saxlamaqdır. Allah-taala buyurmuşdur: «Qeybi və sirri biləndir. Bəyəndiyi peyğəmbərdən başqa heç kəsi Öz sirrindən, qeybindən agah etməz.» (Biharul-Ənvar, c.75,səh. 68 , hədis 2) 2973. İmam Cavad (ə):«Bir şeyi möhkəmlənməmiş və sabit olmamış üzə çıxarmaq, onun korlanmasına gətirib çıxarar.» (Biharul-Ənvar, c.75,səh. 71 , hədis 13) 923. Sirri verməyə layiq olmayanlar 2974. İmam Əli (ə):«Sirr saxlamağa taqəti olmayan nadana sirr vermə.» (Ğurərul-Hikəm,hədis 10265) 2975. İmam Əli (ə):«Əmanətə sadiq olmayana sirr vermə.» (Ğurərul-Hikəm,hədis 10166) 2976. İmam Əli (ə):«Üç nəfərə sirr vermək olmaz: qadına, söz gəzdirənə və axmağa.» (Ğurərul-Hikəm,hədis 4662) 2977. İmam Sadiq (ə):«Dörd şey bərbad olar: ….və ağıldan heç bir bəhrəsi olmayana sirr vermək.» (Biharul-Ənvar, c.75,səh. 69 , hədis 4)

Теги других блогов: gizlilik sirr mənəviyyat